Uşaq və yeniyetmələr arasında artıq çəki və piylənmə tibbi və sosial problemdir.

Məqalənin son yenilənmə tarixi: oktyabr 2017-ci il. Məqalənin növbəti yenilənmə tarixi: oktyabr 2017-ci il. 
Müəllif-tərtibatçılar: Seyidov N., MD, PhD.

 

Bədən çəkisinin əhəmiyyəti

Qərb mətbəxinin, “fast-food” restoranların, qərb təfəkkürü və mədəniyyətinin müasir həyatımızda geniş yer alması Azərbaycana xas olmayan bir çox problemlərin inkişafı ilə müşayiət olunur. Hazırda uşaq və gənclər arasında artıq çəki və piylənmə hallarına daha çox rast gəlinir. Bəzi təhlillərə görə, Sovetlər dönəmi ilə müqayisədə artıq çəki və piylənmə hallarının son zamanlar yayılması (prevalentlik) təxminən iki dəfə artıb. 2014-cü ildə Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin apardığı tədqiqat nəticəsində məlum olmuşdur ki, Bakı şəhərində məktəbli oğlan və qızlar arasında artıq çəki və piylənmə 18-22% təşkil edir. 

Əgər böyüklərdə artıq çəki və piylənmə bədən kütlə indeksi (BKİ) adlanan formulla asan təyin olunursa (BKİ=bədən çəkisi, kq / boy, kv.m), uşaq və yeniyetmələrdə bu formuldan istifadə edilmir. Bu yaş qrupunda piylənmə əsasən yaş və cinsə görə bədən çəkisinin normanın 95 promillidən artıq olması kimi dəyərləndirilir. 

Məlumdur ki, genetik və bioloji faktorlar artıq çəki və piylənməyə gətirib çıxara bilər. Lakin araşdırmalar onu göstərir ki, bədən çəkisi ilə bağlı problemlərin yalnız 1%-dən az olan halları bioloji və ya psixi sağlamlığın pozulması ilə əlaqədardır. 

Müasir həyatda uşaq və yeniyetmələr yüksək kaloriyə malik yağlı qida növləri ilə əhatə olunub. Orqanizmin bu qida növləri ilə əldə etdiyi kalorini fiziki aktivliklə yandırmaq çətinlik törədir. 

Belə qida növlərindən geniş istifadəyə səbəb yüksək yağ tərkibli qidaların  nisbətən ucuz və dadlı olmasıdır. Bundan əlavə uşaq və yeniyetmələrin məktəb həyatı və müasir informasiya texnologiyalarından (kompüter, planşet, smartfonlar və televiziya) geniş istifadəsi onlarda həmçinin passiv həyat tərzinin geniş yayılmasına səbəb olur. Bu səbəbdən də piylənmə ciddi sosial problem hesab olunur.

 Piylənmə və artıq çəkini insanın şəxsi keyfiyyətləri, iradəsinin zəifliyi ilə əlaqələndirmək düzgün deyil. Xüsusilə də, ətraf mühitin, o cümlədən, rəngarəng reklamların, sosial şəbəkələrin, filmlərin təsirinə asanlıqla məruz qalan uşaq və yeniyetmələr sanki “hipnoz” altına düşmüş olurlar. Bir çox ölkələrdə aparılmış tədqiqatlar göstərib ki, müasir ətraf mühit uşaq və yeniyetmələrin kök olmasının şərtlərindəndir. 

 

Uşaq və yeniyetmələrin piylənməsinə səbəb olan bəzi ətraf mühit faktorları:

Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin 2014-cü ildə Bakı məktəblərində birgə apardığı tədqiqat bir daha göstərdi ki, uşaqlar məktəbdə keçirilən bədən tərbiyəsi dərslərində ya tamamilə iştirak etmir, və ya idman dərsləri ümumiyyətlə keçirilmir, və yaxud da keyfiyyət çox aşağı səviyyədədir (qızların idman dərslərində çox az iştirak etmələri də həmçinin müəyyən olunmuşdur)

Yadda saxlamaq lazımdır ki, yeniyetmənin gündəlik kaloriyə ehtiyacı: 2.300-2.500 kilokaloridir.

Artıq çəkinin səbəbləri mürəkkəb olduğundan, piylənmənin müalicəsində yalnız pəhriz saxlama aspektlərdən biri hesab edilir.

Yeniyetmələrdə bədən çəkisi ilə bağlı problemlər aşağıdakı səbəblərdən ola bilər:

 

Yeniyetmələr çoxlu kalori alsalar da, qidalanmanın səviyyəsi ümumiyyətlə aşağı olur. Yeniyetməlik dövründə bədənin sürətli inkişafı getdiyindən məhz bu dövrdə balanslaşdırılmış qidalanmanın xüsusi əhəmiyyəti vardır. Belə ki, həyatın ikinci dekadasında (onillik) yeniyetmə orqanizm bütün sümük kütləsinin 50%-ni əldə edir.  

Sosial durumu  aşağı olan təbəqələrə malik (çətin həyat şəraitində yaşayan, dövlət uşaq müəssisələrində tərbiyə alan, yoxsul ailələrdən olan və s.) yeniyetmə və gənclər qeyri-sağlam qidalanmanın fəsadlarından daha çox əziyyət çəkirlər. Bu qrupdan olan yeniyetmələrin qida rasionu əsasən yüksək kalorili və yüksək yağ tərkibli qida məhsullarından ibarət olduğu üçün onlarda artıq çəki və ya piylənmə riski daha yüksək olur. 

 

Bədən çəkisinə görə insanı aşağılamaq və ya onu gülüş obyektinə çevirmək olmaz! 

Uşaq və yeniyetmələr artıq bədən çəkisinə görə çox vaxt gülüş obyekti olur və ya aşağılanırlar. Artıq bədən çəkisi uşaq və yeniyetmələrə qarşı stiqmaya səbəb ola bilər. Bu həm məktəbdə, həm evdə, həm də küçədə baş verə bilər. Televiziya verilişləri, reklamlar və ya filmlərdə göstərilən artıq bədən çəkisi və ya piylənməsi olan insanımn  gülüş obyektinə çevrilməsi adi hal kimi qəbul olunur və belə yeniyetmələr normal çəkisi olanlarla müqayisədə daha az zəkaya malik kimi qələmə verilirlər. Nəticədə belə hallar heç də fəsadsız ötüşmür və uşaqlarda özünə inamın aşağı düşməsinə gətirib çıxarır.

 

Nə etmək məsləhətdir? 

Sağlam qidalanma, müntəzəm fiziki aktivlik (və ya Kidman), məsləhət xidməti və böyüklər və həmyaşıdların dəstəyi vacibdir.

Yüksək piylənmə dərəcəsi olan yeniyetmələrə müvafiq dərman preparatları və bəzi hallarda hətta bariatrik cərrahi müdaxilə tövsiyə edilə bilər. 

Düzgün pəhriz və fiziki aktivliklə yanaşı valideynlərin uşaqların müsbət keyfiyyətlərini daim önə çəkməyə çalışması və özünə inamı artırmağa töhvə vermələri. 

Artıq bədən çəkisi olan bəzi uşaq və yeniyetmələrdə həyat tərzinin dəyişdirilməsi və pubertat (cinsi yetişkənlik) dövrdə normada baş verən fiziki inkişafın sürətlənməsi səbəbindən boyun artması nəticəsində bədən çəkisi normallaşır.

 

Yeniyetmələrin bəzilərində piylənmə həyat boyu mübarizə hədəfinə çevrilir

Sağlam qidalanma sadə dildə sağlamlıq üçün faydalı olan qida məhsullarının adekvat həcmdə qəbul edilməsi başa düşülür. Məhz sağlam qidalanma ilə fiziki aktivlik həyat üçün əhəmiyyətli və uzunmüddətli vərdişlər olmalıdır. Boy artımı zamanı (əsasən pubertat dövrdə) yeniyetmələrin kaloriyə tələbatı çox artır. Lakin bu tələbat sağlam qida məhsullarından əldə edilməlidir, çünki kalori ilə yanaşı yeniyetmələrin orqanizminin digər qida maddələrinə tələbatı da təmin edilməlidir.

Evdə və məktəbdə sağlam qidalanmanın təmin olunmasında böyüklər (valideynlər, müəllimlər) mühüm rol oynaya bilər. Böyüklər sağlam qidalanmaya və idmanla məşğul olmağa üstünlük verməklə, uşaq və yeniyetmələrə müsbət nümunə ola bilərlər

Böyüklər aşağıdakılara riayət etməklə sağlam qidalanma vərdişlərinin formalaşmasında uşaqlara yardımçı ola bilərlər: 

 

Yadda saxlayın: pubertat yaş dövründə yeniyetmələrin :

 

Bilmək vacibdir:

Artıq çəki və ya piylənmə heç də yalnız fiziki görünüş cəhətdən əhəmiyyət kəsb etmir.

Artıq kiloqramlar sağlamlığa mənfi təsir göstərir, 2-ci tip şəkərli diabet, yüksək qan təzyiqi, insult, ürək-damar xəstəlikləri, xərçəng xəstəliyi, öd daşı xəstəliyi və öd kisəsinin digər xəstəlikləri, sümük və oynaq problemlərinin inkişafı, yuxu apnoyesi (yuxu zamanı tənəffüsün müvəqqəti dayanması) və digər tənəffüs pozuntularının yaranmasına səbəb olur. 

Artıq bədən çəkisi və piylənməsi olan yeniyetmələrdə yuxarıda sadalanmış xəstəliklərin inkişaf riski 60%-dən çoxdur. 

Artıq çəkisi olan yeniyetmələrdə emosional distres və ya emosional pozğunluğun inkişaf riski daha yüksək olur. 

Artıq çəkisi olan yeniyetmələrin dostları (rəfiqələri) daha az olur, sosial cəhətdən təcrid olunmağa daha çox məruz qalırlar və normal çəkili yeniyetmələrlə müqayisədə depressiya hallarına onlarda daha çox rast gəlinir. 

Artıq çəkisi olan yeniyetmə qızlarda özünə inam və özünə güvən daha zəif olur. Bu isə onlarda tənhalıq, kədər və qəzəb/qıcıqlanma riskini artırır.