İ. Spirometriyaya göstərişlər.
- Profilaktik müayinə:
- Asimptomatik olan siqaret çəkən xəstələr
- Ağciyər ağırlaşmaları riski yüksək olan işçilər
- Sianozu olan xəstələrin müayinəsi
- Döş qəfəsinin deformasiyası olan xəstələrin müayinəsi
- Qeyri-normal laborator və radioloji müayinələrin nəticələrinin qiymətləndirilməsi
- Döş qəfəsi rentgenində patoloji dəyişikliklər
- Hiperkapniya
- Hipoksemiya
- Polisitemiya
- Respirator simptomları olan xəstələrin müayinəsi:
- Təngənəfəslik
- Quru xırıltılar (“auskultasiyada külək səsi”)
- Öskürək
- Məlum respirator xəstəliyi olan xəstələrin ardıcıl müayinəsi
- Astma
- XOACX (xroniki obstruktiv ağciyər xəstəliyi)
- İnterstisial ağciyər xəstəliyi
- Neyro-əzələ xəstəlikləri
- Pre-operativ (əməliyyat öncəsi) müayinə
- Yanaşı ağciyər xəstəliyi olanlarda böyük cərrahi müdaxilə planlaşdırıldıqda
- Ağciyərlərin rezeksiyası planlaşdırıldıqda
- Terapevtik müdaxilələrin effektinin müəyyən edilməsi
- Bronxodilyatatorla müalicənin təsirinin qiymətləndirilməsi
- Astma, interstisial ağciyər xəstəliyi və s. xəstəliklərin müalicəsində steroidlərlə müalicənin effektinin müəyyən edilməsi
- Durğunlu ürək çatışmazlığının müalicəsi
- Digəri (sistik fibrozda antibiotiklərlə müalicə)
- Ağciyərlərə ciddi toksiki effekti olan preparatlarla müalicə alan xəstələrdə terapiyanın başlanmasından öncə və sonradan dövrü müayinələr
- Amiodaron
- Bleomisin
- Kimya terapiyası/Şüa terapiyas/Sümük iliyi transplantasiyası
İİ. GENİŞ YAYILMIŞ AĞCİYƏR XƏSTƏLİKLƏRİ.
- Obstruktiv ağciyər xəstəlikləri
- Astma
- Astmatik bronxit
- Xroniki obstruktiv bronxit
- Xroniki obstruktiv ağciyər xəstəliyi (o cümlədən, astmatik bronxit, xroniki bronxit, emfizema və bunların qarışığı)
- Sistik fibroz
- Emfizema
- Restriktiv ağciyər xəstəlikləri
- Berillium xəstəliyi
- Durğunlu ürək çatışmazlığı
- İdiopatik ağciyər fibrozu
- İnfeksion iltihab (məs., histoplazmoz, mycobacterium tuberculosis)
- İnterstisial pnevmonit
- Neyro-əzələ xəstəlikləri
- Sarkoidoz
- Döş qəfəsinin deformasiyaları
İİİ. NORMA GÖSTƏRİCİLƏRİ.
- “Normal” əhali arasında aparılmış testlərin gözlənilən normal nəticələr əsasında təyin edilir.
- Normal göstəricilərə təsir edən amillər:
- Yaş (neqativ korrelyasiya və ya yaş artdıqca norma göstəriciləri aşağı düşür)
- Gender (kişilərdə funksional testlərin norma göstəriciləri qadınlardan yüksək olur)
- Hündürlük və ya qolların cəmi uzunluğu (çəki yox)
- İrq (ağ dərililərdə ağciyər funksional testlərinin nəticələri digərlərindən 12% çox olur).
İV. SIRADAN AĞCİYƏRİN FUNKSİONAL TESTLƏRİ.
Spirometriya.
Aşağıda spirometriya zamanı alınan nəticələr əsasında qurulmuş hava axının hava həcminə olan münasibəti (hava axını-hava həcmi ilməsi, solda) və hava həcminin vaxtdan asılılığı (spiroqram, sağda) nümayiş etdirilib:
Ağciyərlərin funksiyası normal olan, habelə obstruktiv və restriktiv ağciyər xəstəliyi olan xəstələrin müqayisəli spiroqrammaları:
V. AĞCİYƏRLƏRİN HƏCM GÖSTƏRİCİLƏRİ:
Ölçülər:
Metodlar:
a. Heliumun həll edilməsi – FRC-də olan xəstə məlum olan konsentrasiyada Helium qazı olan qapalı sistemə qoşulur. Helium konsentrasiyası nəfəsvermə zamanı xaric edilən qazda FRC ilə həll olunmuş olur.
b. Nitrogenin yuyulması – FRC-də olan xəstə qapalı sistemə qoşulur və xaric edilən havada nitrogen olmayanadək 100% oksigenlə nəfəs alır. Bunu etməklə ağciyərlərdə olan Nitrogen qazı təmizlənmiş olur.
c. Bədən pletizmoqrafiyası – hava keçirməyən kamerada xəstə xüsusi şlanqa nəfəs verir. Kamera ilə müqayisədə ağıza qoyulmuş şlanqda təzyiqlərin fərqi əsasında FRC hesablanır.
Heliumun həlli və N2 yuyulması metodları bəzi hallarda ağciyərlərin həcmini olduğundan az göstərə bilər. Bu xüsusilə də, ağır dərəcəli xroniki obstruktiv xəstəliklərdə, ağciyərlərdə bullaların olduğu hallarda müşahidə edilir.
VI. Ağciyərlərin karbon monoksidə dair diffuziya tutumu (DLco).
- Tək nəfəsalma metodu
- CO (0.3%) və Helium qazı (14%) ilə FRC-dən başlayaraq xəstə dərindən nəfəsalır və nəfəsini saxlayır.
- Sonradan baş verən nəfəsvermədə ağciyərlərdən xaric edilən havada qalıq CO (DLco) və həll edilmiş Heliumun (Va) həcmi təyin edilir.
- DLco-nun pozulmasına (aşağı düşməsinə) səbəb olan proseslər:
- Ağciyərlərin obstruktiv xəstəlikləri
- Sistik fibroz
- EmfizemaAğciyərlərin parenximatoz xəstəlikləri
- Dərmanlara reaksiya (amiodaron, bleomisin)
- İdiopatik
- Ağciyərlərin interstisial xəstəliyi
- Fibrogen toz səbəbindən inkişaf edən ağciyər xəstəliyi (məs., asbestos)
- Bioloji toz səbəbindən inkişaf edən ağciyər xəstəliyi (məs., allergic alveolit)
- Sarkoidoz
- Sistem xəstəliklərdə ağciyərlərin patologiyaları
- Dermatomiozit-polimiozit
- İltihablı bağırsaq xəstəlikləri
- Qarışıq birləşdirici toxuma xəstəliyi
- Proqressiv sistemli skleroz
- Revmatoid artrit
- Sistemli lupus eritematoz (qırmızı qurd eşənəyi)
- Vegener qranulomatozu
- Ürək-damar xəstəlikləri
- Kəskin və təkrarlanan ağciyər tromboemboliyası
- Kəskin miokard infarktı
- Piy emboliyası
- Mitral stenoz
- Birincili ağciyər hipertoniyası
- Ağciyər ödemi
- Digər səbəblər:
- Kəskin və xroniki etanol qəbulu
- Pnevmoniya ilə Bronxiolitis obliterans
- Xroniki hemodializ
- Xroniki böyrək çatışmazlığı
- Siqaretdən istifadə
- Kokaindən istifadə
- Anemiya ilə əlaqədar xəstəliklər
- Marixuanadan istifadə
İnterpretasiya.
Aşağı DLco:
- Alveolaların kapilyar səthinin sahəsinin azalması (məs., interstisial ağciyər xəstəliyi, ağciyərlərin damar xəstəliyi, emfizema, sistik fibroz).
- Hemoqlobinə birləşmənin azalması (məs., anemiya, CO ilə zəhərlənmə).
Yüksək Dlco:
- Eritrositoz
- Ağciyər damarları ilə qan axının artması (məs., qulaqcıqlararası çəpərin defekti, hamiləlik)
- Alveolar qanaxma
Vİİ. Arteriyal Qan qazları.
Vİİİ. Nəbz Oksimetriyası
IX. Ümumi interpretasiya strategiyası.
- Spiroqrammanın və ya hava axını-hava həcmi əyrilərinin keyfiyyətli olmasına əmin olunmalıdır:
- İstifadəyə yararlığl (tam nəfəs vermə)
- Təkrarlanma potensialı (3 yararlı testdə eyni nəticələrin əldə edilməsi və ya 100 ml-dək və ya 5%-dan çox olmayan fərq ilə 2 test nəticəsi)
- FEV1/VC-yə olan nisbətinin hesablanması
- Hesablamalar üçün FEV1 və VC-nin ən yüksək nəticələri istifadə edilir
- Təxmini nəticə hesablanmalıdır, gözləniləndən % yox.
- Əldə edilmiş nəticə normanın ən aşağı həddi (LLN – low level of normal) ilə müqayisə edilməlidir (gözlənilən nəticə çıxaq 8% (kişilərdə) və ya 9% (qadınlarda).
Nəticələrin təhlili:
- Əgər xəstədə həm obstruktiv (aşağı FEV1/VC nisbəti), həm restriktiv (aşağı TLC) defect mövcuddursa, həmin xəstələrdə obstruksiyanın dərəcəsini müəyyən etmək üçün FEV1-in ağırlıq meyarından istifadə edilir. FEV1-dən asılı olaraq obstruksiyanın dərəcələri mülayim, orta, ağır və çox ağır ventilyator pozuntularına bölünür.
- Əlavə məqamlar:
- Obstruksiya – havanın ağciyərlərdə “tələyə düşməsi” və ya xaric edilməsinə maneənin olması (RV>120%), hiperinflyasiya (TLC >120%), Bronxodilyatatora reaksiya nəzərdən keçirilməlidir.
- Restriktiv patologiya - TLC/FRC/RV xüsusiyyətlərinin nəzərə alınması səbəblərin müəyyən edilməsinə yardım etmiş olar
- Nəzərə alınması tələb olunan məqamlar:
- Ağciyərin funksional testləri fizioloji xüsusiyyətləri nümayiş etdirir və spesifik xəstəliyin diaqnozunu qoya bilmir
- Qeyri-normal ağciyərin funksional testləri pozuntunun olduğunu nümayiş etdirir, lakin əlilliyi müəyyən etmir.
X. XÜSUSİ MƏQAMLAR.
- Axın-Həcm ilmələri.
- Yuxarı tənəffüs və iri tənəffüs yollarının obstruksiyasına dair məlumat verə bilər.
- Maksimal inspirator/ekspirator təzyiqlər – neyro-əzələ zəifliyi hallarında faydalı olur.
- Metaxolin sınağı – spirometriyanın nəticəsi normal olan xəstələrdə astmaya şübhə olduqda metaxolin sınağı aparılır.
- Xüsusi Arteriyal Qan Qazlarının təyini:
- Şuntun fraksiyası
- Hipoksiya sınağı
- Hiperventilyasiya
- Ölü sahə və CO2-nin istehsalı.
- İdmanla bağlı sınaq – fiziki gərginlik səbəbindən yaranan astma hallarının diaqnostikasında.
- Ürək-ağciyər fiziki gərginlik testi:
- İzah edilə bilməyən təngənəfəslik
- Əlilliyin təyin edilməsi
Xİ. HANSI HALLARDA HANSI TESTLƏR TƏYİN EDİLİR.