Ədəbiyyat siyahısının son yenilənmə tarixi: fevral 2016-cı il. Məqalənin son yenilənmə tarixi: iyul 2015-ci il.
Məqalənin növbəti yenilənmə tarixi: mart 2018-ci il.
GİRİŞ.
Funksional qəbzlik yaşı bir və daha çox olan sağlam uşaqlarda rast gəlinən qəbzlik hallarının 95%-nə cavabdehdir. Funksional qəbzlik xüsusilə də məktəbəqədər yaşlı uşaqlarda daha çox yayılmışdır. Geniş yayılmasına baxmayaraq, qəbzliklə bağlı şikayətlərə ciddi diqqət yetirilməlidir, çünki funksional qəbzliyi olan uşaqlar onun diaqnostikası və müalicəsindən əhəmiyyətli dərəcədə bəhrlənə bilər. Gecikmiş və ya yetərsiz müdaxilələr qəbzliyi daha da ağırlaşdıra, uşaqların bağırsaqları boşaltma davranışında pozuntulara və bir sıra psixososial pozğunluqlara gətirıb çıxara bilər.
Qəbzlik şikayətləri ilə daxil olmuş uşaqlar arasında qeyri-funksional və ya orqanik mənşəli qəbzliyi olan uşaqların aşkar edilməsi xüsusi əhəmiyyət kəsb edir. Orqanik və ya qeyri-funksional səbəblərlə bağlı qəbzlik daha çox az yaşlı körpələrdə və atipik klinik xüsusiyyətlərlə daxil olan uşaqlarda rast gəlinir.
Şəkil. Xronik qəbzlik. Rentgenoqrafiyada nəcislə dolu yoğun bağırsaq, o cümlədən, dalaq əyriliyi, qarciyər əyriliyi və düz bağırsaq müəyyən edilir.
TƏRİF.
Funksional qəbzlik.
Birincili biokimyəvi və ya anatomik pozğunluqla bağlı olmayan səbəbdən qaynaqlanan, davamlı çətinləşmiş, nadir baş verən və ya bağırsaqların natamam boşaldılması ilə müşayiət olunan qəbzlik funksional qəbzlikdir. Funksional qəbzliyin tərifi Roma İİİ diaqnostik meyarlara uyğundur. Roma İİİ diaqnostik meyarlarına görə funksional qəbzlik diaqnozunun qoyulması üçün aşağıda sadalanmış 6 simptomdan ən azı ikisinin olması tələb olunur. Roma İİİ diaqnostik meyarlar:
- bağırsaqların boşaldılmasının həftədə <2 dəfədən az baş verməsi,
- nəcisin bərkliyi və ya bağırsaqların ağrılı boşaldılması,
- nəcisin ölçüsünün böyük olması və ya tualetin tıxanmasına gətirib çıxarması,
- ən azı həftədə 1 dəfə nəcisin saxlaya bilməməsi və ya
- iradəli şəkildə nəcisin saxlanması (bağırsaqların boşaldılmaması),
- düz bağırsaqda iri həcmdə nəcisin olması.
Körpələrdə disxeziya funksional pozğunluqdur və tez-tez qəbzliyə oxşar simptomlara səbəb olur.
Bağırsaqların normal boşaldılması.
Qəbzlik çox vaxt defekasiya aktlarının sayında azalma və ya çətinləşmiş defekasiyanı təsvir etmək üçün istifadə edilir. Uşaqların inkişafı və böyüməsi ilə bağlı baş verən dəyişikliklər səbəbindən, defekasiyanın tezliyi və nəcisin formasının uşağın yaşı, pəhrizi və fiziki-cinsi inkişaf mərhələsinə uyğun olub olmadığı müəyyənləşdirilməlidir.
- Vaxtında doğulmuş körpədə bağırsaqların ilk dəfə boşaldılması adətən doğuşdan sonra 36 saat ərzində baş verir. Vaxtından əvvəl doğulmuş körpələrdə isə ilk defekasiya bir qədər gecikmiş ola bilər. Sağlam yenidoğulmuşların 90%-də mekonium həyatın ilk 24 saatı ərzində defekasiya ilə xaric edilir.
- Həyatın ilk həftəsi ərzində körpələr orta hesabla gündə 4 dəfə defekasiya edir (bağırsaqlarını boşaldır). Körpələrin ana südü və ya süni formula ilə qidalanmasından asılı olaraq, gündəlik defekasiyaların sayı bir qədər dəyişə bilər. Həyatın ilk günləri ərzində ana südü ilə əmizdirilən körpələr gündə ən azı 1 dəfə defekasiya edə bilər. Lakin ana südünün həcmi artdıqca, defekasiyaların sayı adətən artır.
- Həyatın ilk 3 ayı ərzində, bağırsaqların boşaldılmasının tezliyi yenə də körpənin qidalanması və süni formulanın tərkibindən asılı olaraq dəyişir:
- Ana südü ilə qidalanan körpələr gündə orta hesabla ən azı 3 dəfə bağırsaqlarını boşaldır. Ana südü ilə qidalandırılan sağlam körpələrdə hər bir əmizdirmədən sonra defekasiya qeydə alına bilər. Bəzi hallarda ana südü ilə qidalanan sağlam körpələrdə defekasiya həftədə 1 dəfə də baş verə bilər.
- Süni formula ilə qidalandırılan körpələrdə orta hesabla gündə 2 dəfə defekasiya olur, lakin bu rəqəm formulanın növündən/tərkibindən asılı olaraq dəyişir. Süd-əsaslı süni formulalarla müqayisədə, soya tərkibli formulalarla qidalanan körpələrdə nəcis daha bərk və defekasiyanın tezliyi daha az olur. Hidrolizə olunmuş kazein-əsaslı formulalarla qidalandırılan körpələrdə isə defekasiya daha tez-tez baş verir və nəcis daha yumşaq olur.
- Yaşı ikiyə çatmış uşaqlarda gün ərzində orta hesabla bağırsaqlar 2 dəfə boşaldılır.
- Yaşı dörddən yuxarı olan uşaqlarda isə defekasiya gündə təxminən 1 dəfə baş verir.
ETİOLOGİYA.
Şəkil. Hirşprunq xəstəliyi. Qarının bariumla rentgenoqrafiyası. Enən çənbər bağırsağın orta hissəsində "keçid zona" müəyyən edilir. "Keçid zona" yoğun bağırsağın aqanqlionik hissəsinin başlanğıcını göstərir. Keçid zonadan öncə bağırsaq genişlənmişdir.
- simptomların həyatın ilk həftəsində başlanması,
- mekoniumun gec xaric edilməsi (ilk mekoniumun doğuşdan 48 saat sonra xaric edilməsi),
- qarının gərginliyi,
- qusma,
- kontrastlı imalı zamanı keçid zonanın qeyd edilməsi.
- bağırsaq obstruksiyası (atreziya, volvulus)
- mekoniumlu ileus
- mekoniumla tıxanma
- hipotireoz
- funksional ileus (məs., sepsis, respirator distress sindrom, pnevmoniya, elektrolitlər balansının pozulması)
- doğuşdan əvvəl ananın narkotik ağrıkəsicilərlə müalicəsi və ya opiat qrupu preparatlarından istifadəsi
- kiçik sol çənbər bağırsaq (əsasən şəkərli diabeti olan analardan doğulmuş körpələrdə müşahidə edilir).
Şəkil. Mekonium ileus. Barium imalə ilə əldə edilmiş rentgen filmdə nazik bağırsaq ilmələrinin genişlənməsi və istifadəsiz qalan mikrokolon qeydə alınır.
Şəkil. Mekonium ileusu olan uşaqda nazik bağırsaq obstruksiyası. Rentgen filmdə genişlənmiş nazik bağırsaq müəyyən edilir və qarının sağ aşağı nayihəsində "köpüklü sabun" görüntüsü vardır.
Şəkil. Mekonium ileus. Bariumla imalədə mikrokolon müəyyən edilir.
Şəkil. Yeyuno-ileal atreziya. Nazik bağırsaq ilmələri genişlənibdir.
Şəkil. Yeyuno-ileal atreziya. Bariumla imalə. Distal ileumun atreziyası olan uşaqda yoğun bağırsağın boş olması - mikrokolon nümayiş etdirilir.
Şəkil. Anorektal anomaliya. Oğlan uşağında anal atreziya.
Şəkil. Türk həkiminin 14-cü əsrdə yazdığı tibb kitabında anal atreziyanın cərrahi müalicəsini təsvir edən şəkil.
- Qızlar: Anus-cinsiyyət dodaqları yüyəni / büzdüm-cinsiyyət dodaqları yüyəni
- normal APİ - 0.45 ± 0.16
- Oğlanlar: Anus-xayalıq / büzdüm-xayalıq
- normal APİ - 0.54 ± 0.14
- Daxili anal sfinkterin axalaziyası. Daxili anal sfinkterin axalaziyası erkən körpəlik dövründə qəbzliklə təzahür edən və Hirşprunq xəstəliyinə bənzər simptomatikaya malik xəstəlikdir. Həm daxili anal sfinkterin axalaziyası, həm də Hirşprunq xəstəliyində aparılan anorektal manometriyada rektal balonun doldurulması zamanı rektal sfinkter refleksinin itməsi müəyyən edilir. Bu iki patologiya arasında differensiasiyanı aparmaq üçün rektal biopsiya aparılır. Daxili Anal Sfinkterin Axalaziyası hallarında rektal biopsiyada qanqlion hüceyrələr müəyyən edilir, Hirşprunq xəstəliyində isə müəyyən edilmir. Daxili anal sfinkterin axalaziyasının müalicəsi daxili anal sfinkterə botulinum toksinin inyeksiyası və ya daxili anal sfinkterin arxa sfinkterotomiyası (miyektomiya) ilə aparılır.
- Dissinergik defekasiya və ya anizmus. Dissinergik defekasiya və ya anizmus düz bağırsaqdan nəcisin natamam evakuasiyası ilə xarakterizə olunan funksional pozğunluqdur. Onun səbəbi defekasiya aktı zamanı (gücənmə) çanaqdibi əzələlərin paradoksal yığılması və ya çanaqdibi əzələlərlə xarici anal sfinkterin relaksasiyasının baş verməməsidir. Diaqnostika üçün anorektal manomentriya aparıla bilər. Xüsusi metodlarla (məs., "biofeedback" terapiya) çanaqdibi əzələlərinin yenindən təlimdən keçirilməsi (relaksasiyanın öyrədilməsi) təmin edilə bilər.
- Körpələrdə botulizm. Körpələrdə botulizm nadir, lakin həyata təhlükə törədən neyroparalitik sindromdur. Səbəbi isə sporlar formalaşdıran Clostridium botulinum adlı mikroorqanizmin ifraz etdiyi botulotoksinin (ekzotoksin, neyrotoksin) təsiridir. Körpələrdə botulizm xəstəliyin ən çox rast gəlinən formasıdır və ölüm 5% hallarda baş verir. Körpələrdə botulizm əsasən bal ilə bağlıdır. Botulizmin körpələrdə klinik təzahürü çox müxtəlifdir və xəstənin həssaslığından və körpənin orqanizminə düşən bakteriyaların həcmindən asılıdır. İlkin olaraq qəbzlik, daha sonra ümumi zəiflik, qidalanmada çətinlik, enən və ya qlobal hipotoniya, anoreksiya, qıcıqlanma və zəif ağlama müşahidə edilir. Vegetativ sinir sistemi birinci olaraq zədələnmiş olur və xəstələrdə selikli qişaların quruluğu, qan təzyiqinin labilliyi, aritmiyalar və həmçinin sidiyin və nəcisin saxlanması qeydə alınır. Daha sonra kəllə sinirlərindən başlayaraq, gövdə və ətraf əzələləri də cəlb edən enən motor hərəki zəiflik baş verir.
- Qurquşunla zəhərlənmə. Qurquşunun səviyyəsindən və uşağın yaşından asılı olaraq, qurquşunla zəhərlənmənin klinik təzahürü müxtəlif olur. Qurquşunla zəhərlənmə zamanı bağırsaq spazmları, qusma, aralıqlı qarın ağrısı və qəbzlik müşahidə edilir. Bu cür simptomlar qanda qurquşunun səviyyəsi ən azı 60 mkq/dL olduqda müşahidə edilməyə başlayır.
- Hipotireoz. Anadangəlmə və ya qazanılmış hipotireoz hallarında uşaqlarda qəbzlik müşahidə edilir. Xəstəliyin anadangəlmə formasında simptomlar neonatal dövrdə özünü biruzə verməyə başlayır. Körpələrdə letargiya (yuxululuq), az hərəkətlilik və ya hərəkətlərin yavaşıması, zəif ağlama və səsin kobudlaşması, qidalanmada problemlər, qəbzlik, makroqlossiya, göbək yırtığı, əmgəklərin ölçülərinin böyük olması, hipotoniya, dəri quruluğu, hipotermiya və uzun davam edən sarılıq müşahidə edilir. Daha yaşlı uşaqlarda isə əlavə olaraq aşağıdakı əlamətlər diqqəti çəkə bilər: əl və ayaqlar soyuq olur, onlar oyuncaqlara maraq göstərmir, boyları artmır. Ur körpələrdə daha gec müəyyən edilir. Cift vasitəsilə ananın T4 hormonları körpəyə keçdiyi üçün anadangəlmə hipotireozu olan yenidoğulmuşların 95%-dən çoxunda hipotireozun klinik əlamətləri qeyd olunmur. Qazanılmış hipotireozu olan uşaqlarda xəstəliyin ən çox rast gəlinən əlaməti boyun qısa olmasıdır.
- Bağırsağın xronik psevdoobstruksiyası. Bağırsağın xronik psevdoobstruksiyası mədəbağırsaq traktının neyropatik və miopatik pozğunluqları səbəbindən inkişaf edən nadir, anadangəlmə və ya qazanılmış patologiyadır. Bu patologiya mexaniki obstruksiya olmadan bağırsaqların obstruksiyası simptomlar ilə müşayiət olunur. Xəstələrdə adətən ürək bulanması, qusma, abdominal ağrı, qəbzlik və digər simptomlar, xüsusilə də, qarında köp, müəyyən edilir. Antroduodenal və yoğun bağırsaq manometriyası ilə bağırsaqların xronik psevdoobstruksiyası istisna edilə bilər. Həmin xəstələrdə yoğun bağırsağın tranziti vaxtı (qidanın yoğun bağırsaqdan keçid vaxtı və ya Colonic transit time) xeyli uzanmış olur (araşdırmaların birində hətta xəstələrin çoxunda yoğun bağırsağın tranziti vaxtı >96 saatdan çox olub).
- Nevroloji pozğunluqlar. Nevroloji pozğunluqlar, xüsusilə də, serebral iflic və onurğanın anadangəlmə anomaliyalarından əziyyət çəkən uşaqlarda defekasiya problemləri tez-tez rast gəlinir. Serebral ifici olan uşaqların əksəriyyətində qəbzlik müəyyən edilir və bu bağırsaqların hipotoniyası və motor hərəki ifliclə bağlı olur. Tədqiqatların birində göstərilib ki, nevroloji pozğunluqları olan uşaqlarda qəbzlik defekasiya aktının pozulması ilə bağlı deyil və daha çox yoğun bağırsaqdan tranzit vaxtının uzanması ilə bağlıdır.
- Çox aşağı çəkili yenidoğulmuşlar. Nevroloji inkişaf pozğunluğu olan çox aşağı çəkili yenidoğulmuşlarda məktəb yaşına çatdıqda qəbzlik riski yüksək olur. Tədqiqatların birindən məlum olub ki, doğuşda çəkisi <750 qramdan aşağı olan uşaqların 1/3-i yeniyetməlik dövrünədək davam edən qəbzlikdən əziyyət çəkir. Doğuşda çəkisi normal olan uşaqlarla müqayisədə doğuşda aşağı çəkili olan uşaqlar arasında neyrosensor pozğunluq və WISC III (Wechesler İntelligence Scale for Children İİİ) şkalası üzrə aşağı İQ halları daha çox rast gəlinir. Həmin uşaqlarda tualetdən istifadədə problemlər, o cümlədən, nəcisi saxlayabilməmə və bağırsaqları boşaltmaqdan iradəli çəkinmə halları daha çox müşahidə edilir.
- Çoxsaylı endokrin neoplaziya, tip 2 (MEN-2). Tip 2 çoxsaylı endokrin neoplaziyası olan uşaqlarda həyatın erkən dövründə müşahidə edilən mədə-bağırsaq sistemi simtpomları arasında qəbzlik tez-tez qeydə alınır. Bu uşaqlarda həmçinin qalxanvari vəzin medulyar xərçəngi və feoxromositoma riski artmış olur. İcmalların birindən məlum olmuşdur ki, MEN2A-HD diaqnozu qoyulmuş xəstələrin hamısı guman edilən Hirşprunq xəstəliyinə görə əməliyyat olunub. Həmin xəstələrin hamısı doğuşda aşağı çəkili olmuş, onlarda abdominal ağrı, köp və qəbzlik simptomları qeydə alınmışdır. MEN2B sindromu transmural bağırsaq qanglionevromaları ilə xarakterizə olunur və diaqnoz düz bağırsağın biopsiyası ilə təsdiqlənir.
- Bağırsağın neyronal displaziyası. Bağırsağın neyronal displaziyası xronik qəbzliyi olan körpələr və ya yaşlı uşaqlardan götürülmüş düz bağırsaq biopsiyasında aşkar edilən məxsusi histoloji pozuntuları özündə ehtiva edir. Bunun klinik əhəmiyyəti dəqiq müəyyən edilməyib. Xəstələrdə histoloji müayinədə nəhəng qanqliyaya ilə müşayiət olunan hiperqanqlionoz müəyyən edilir. Histoloji müayinədəki bu tapıntıların xronik qəbzlik nəticəsində inkişaf etdiyi və ya anadangəlmə inkişaf anomaliyası olduğu dəqiq məlum deyildir.
BİBLİOQRAFİYA.
- Loening-Baucke V. Prevalence, symptoms and outcome of constipation in infants and toddlers. J Pediatr 2005; 146:359.
- Thompson WG, Longstreth GF, Drossman DA, et al. Functional bowel disorders and functional abdominal pain. Gut 1999; 45 Suppl 2:II43.
- Di Lorenzo C. Pediatric anorectal disorders. Gastroenterol Clin North Am 2001; 30:269.
- Fontana M, Bianchi C, Cataldo F, et al. Bowel frequency in healthy children. Acta Paediatr Scand 1989; 78:682.
- Hyams JS, Treem WR, Etienne NL, et al. Effect of infant formula on stool characteristics of young infants. Pediatrics 1995; 95:50.
- den Hertog J, van Leengoed E, Kolk F, et al. The defecation pattern of healthy term infants up to the age of 3 months. Arch Dis Child Fetal Neonatal Ed 2012; 97:F465.
- Peeters B, Noens I, Philips EM, et al. Autism spectrum disorders in children with functional defecation disorders. J Pediatr 2013; 163:873.
- McKeown C, Hisle-Gorman E, Eide M, et al. Association of constipation and fecal incontinence with attention-deficit/hyperactivity disorder. Pediatrics 2013; 132:e1210.
- Di Lorenzo C. Childhood constipation: finally some hard data about hard stools! J Pediatr 2000; 136:4.
- Giorgio V, Borrelli O, Smith VV, et al. High-resolution colonic manometry accurately predicts colonic neuromuscular pathological phenotype in pediatric slow transit constipation. Neurogastroenterol Motil 2013; 25:70.
- Partin JC, Hamill SK, Fischel JE, Partin JS. Painful defecation and fecal soiling in children. Pediatrics 1992; 89:1007.
- American Academy of Pediatrics. Guide to Toilet Training, Elk Grove Village, IL 2003.
- Stadtler AC, Gorski PA, Brazelton TB. Toilet training methods, clinical interventions, and recommendations. American Academy of Pediatrics. Pediatrics 1999; 103:1359.
- Hyams JS. Diet and gastrointestinal disease. Curr Opin Pediatr 2002; 14:567.
- Roma E, Adamidis D, Nikolara R, et al. Diet and chronic constipation in children: the role of fiber. J Pediatr Gastroenterol Nutr 1999; 28:169.
- Tabbers MM, DiLorenzo C, Berger MY, et al. Evaluation and treatment of functional constipation in infants and children: evidence-based recommendations from ESPGHAN and NASPGHAN. J Pediatr Gastroenterol Nutr 2014; 58:258.
- Heine RG, Elsayed S, Hosking CS, Hill DJ. Cow's milk allergy in infancy. Curr Opin Allergy Clin Immunol 2002; 2:217.
- Irastorza I, Ibañez B, Delgado-Sanzonetti L, et al. Cow's-milk-free diet as a therapeutic option in childhood chronic constipation. J Pediatr Gastroenterol Nutr 2010; 51:171.
- van Tilburg MA, Squires M, Blois-Martin N, et al. Test of the child/adolescent Rome III criteria: agreement with physician diagnosis and daily symptoms. Neurogastroenterol Motil 2013; 25:302.
- Hyman PE, Milla PJ, Benninga MA, et al. Childhood functional gastrointestinal disorders: neonate/toddler. Gastroenterology 2006; 130:1519.
- Lewis NA, Levitt MA, Zallen GS, et al. Diagnosing Hirschsprung's disease: increasing the odds of a positive rectal biopsy result. J Pediatr Surg 2003; 38:412.
- Schäppi MG, Staiano A, Milla PJ, et al. A practical guide for the diagnosis of primary enteric nervous system disorders. J Pediatr Gastroenterol Nutr 2013; 57:677.
- Schimpl G, Uray E, Ratschek M, Höllwarth ME. Constipation and intestinal neuronal dysplasia type B: a clinical follow-up study. J Pediatr Gastroenterol Nutr 2004; 38:308.
- Koletzko S, Jesch I, Faus-Kebetaler T, et al. Rectal biopsy for diagnosis of intestinal neuronal dysplasia in children: a prospective multicentre study on interobserver variation and clinical outcome. Gut 1999; 44:853.