Pap-test və ya uşaqlıq boynundan yaxmanın mikroskopiyası.

Papanikolau testi və ya Pap-test uşaqlıq boynu və uşaqlıq yolundan götürülmüş hüceyrə nümunələrinin müayinəsindən ibarətdir. Pap-test zamanı adətən uşaqlıq boynunda qeyri-normal hüceyrələr təyin edilir.

Pap-test əsasında histoloq-həkim tərəfindən xüsusi sitoloji rəy verilir. Sitoloji rəy isə toxuma quruluşunu deyil, hüceyrələrin müayinəsinə imkan verir.

Pap-test daha çox yastı hüceyrə karsinomasının aşkar edilməsi üçün yüksək həssaslığa malikdir. Lakin adenokarsinomanın aşkar edilməsində Pap-testin həssaslığı nisbətən aşağıdır.

 

Uşaqlıq boynu xərçənginə görə skrininq ənənəvi Pap-test və ya maye-əsaslı Pap-test ilə aparıla bilər.

 

 

 

Ənənəvi və maye-əsaslı Pap-test metodikalarını müqayisə edən tədqiqatların təhlili bu iki metodika arasında əhəmiyyətli fərq müəyyən etməmişdir. Maye-əsaslı Pap-test həm hüceyrə nümunəsinin keyfiyyətinə, həm də xərçəng önü halların daha yaxşı aşkar edilməsinə təsir göstərməmişdir. Lakin, qan və ya iltihab səbəbindən mikroskopik görüntünü pisləşdirən bəzi xəstəliklərdə maye-əsaslı sitoloji müayinə daha yaxşı nəticələr verir.

 

 


Şəkil 2. Pap-testin aparılmasının sxematik təsviri.
 

 

 
Şəkil 3. Əşya şüşəsinə yaxma - etap 1Şəkil 4. Əşya şüşəsinə yaxma - etap 2.
 

Şəkil 5. Pap-test zamanı götürülmüş yaxmanın mikroskopiyası.
 

Pap-testin aparılması tezliyi.

Pap-test ilə skrininq hər 3 ildən bir aparılır. Pap-testin hər il aparılması isə uşaqlıq boynu xərçəngi hallarının aşkar edilməsinin yaxşılaşmasına az təsir göstərir.