GİRİŞ.
Xərçəng xəstəliyinin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərir və daha müsbət klinik nəticələr əldə etməyə töhvə verir. Ən çox yayılmış xərçəng xəstəliklərinin, o cümlədən də, yoğun bağırsaq, süd vəzi, prostat vəzi və uşaqlıq boyunu xərçənginin skrininqi üzrə təlimatlar mövcuddur.
"2013-cü ilin rəsmi statistikasına görə, [Azərbaycanda] 34 min 681 nəfər onkoloji xəstə qeydiyyatada olub. Ümumilikdə, il ərzində birincili 9 min 64 nəfər onkoloji xəstəliklərlə qeydiyyata götürülüb. 2013-cü ilin son statistik məlumatına görə, onkoloji xəstəlikdən ölüm göstəricisi 5 min 827 nəfər olub.
Daha irəliləmiş görüntüləmə metodları və biomarkerlərin tətbiqi sayəsində xərçəng xəstəliyinin erkən diaqnostikası və ya erkən və müalicəsi daha səmərəli nəticə verən mərhələlərdə müəyyən edilməsi son illərdə daha əlverişli olmuşdur. Lakin, bir çox ölkələrdə, o cümlədən, Azərbaycanda, əhalinin böyük bir qismi dispanserizasiya tədbirlərinə qatılmır və ya onların skrininqi ardıcıl aparılmır. Məsələn, Azərbaycanın iri şəhərlərinin birində aparılmış kiçik sorğu göstərmişdir ki, rəyi soruşulan yaşı 50-dən yuxarı olan şəhər sakinlərinin cəmi <2% son 5 il ərzində kolorektal xərçəng xəstəliyinə skrininq çərçivəsində kolonoskopiya və ya ya digər endoskopik prosedur keçirib. Nəcisdə gizli qanın təyini testi isə rəyi soruşulanların cəmi 5%-də aparılmışdır. Ümumiləşdirərək, qeyd edilməlidir ki, Azərbaycanda yaşı 50-dən yuxarı olan şəxslərin kolonoskopiya olunması və ya nəcisdə gizli qanın təyini testindən keçməsi çox aşağı səviyyədədir. Bununla yanaşı, iri şirkətlərdə işləyən və sığortası olan xəstələrlə müqayisədə sığortası olmayan şəxslərin həmin testlərdən keçməsi ehtimalı isə daha azdır.
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən qlobal səviyyədə son bir neçə il ərzində kişi və qadınlar arasında ən geniş yayılmış xərçəng xəstəlikləri aşağıda verilir:
Cədvəl 1. Kişilər arasında ən çox yayılmış xərçəng xəstəlikləri.
- Prostat vəzi xərçəngi
- Ağciyər xərçəngi
- Kolorektal xərçəng
Cədvəl 2. Kişilər arasında ən çox ölümlə nəticələnən xərçəng xəstəlikləri.
- Ağciyər xərçəngi
- Prostat vəzi xərçəngi
- Kolorektal xərçəng
- Qaraciyər xərçəngi
Cədvəl 3. Qadınlar arasında ən çox yayılmış xərçəng xəstəlikləri.
- Süd vəzi xərçəngi
- Ağciyər xərçəngi
- Kolorektal xərçəng
Cədvəl 4. Qadınlar arasında ən çox ölümlə nəticələnən xərçəng xəstəlikləri.
- Ağciyər xərçəngi
- Süd vəzi xərçəngi
- Kolorektal xərçəng
- Ağciyər xərçəngi: yeni qeydə alınmış xəstələrin sayı 1027 nəfər.
- Mədə xərçəngi: yeni qeydə alınmış xəstələrin sayı 1010 nəfər.
- Kolorektal xərçəng: yeni qeydə alınmış xəstələrin sayı 395 nəfər.
- Süd vəzi xərçəngi: yeni qeydə alınmış xəstələrin sayı 1460 nəfər.
- qadının 21 yaşı tamam olduqda və ya ilk cinsi əlaqədən təxminən 3 il sonra Papanikolau yaxması (uşaqlıq boyunundan yaxma) və ya maye-əsaslı sitoloji müayinə aparılmalıdır,
- Növbəti skrininq isə Pap yaxması (uşaqlıq boyunundan yaxma) ilə hər il və ya maye-əsaslı sitoloji müayinə ilə hər 2 ildən bir aparılmalıdır.
- Qadının yaşı 30 olduqda və əgər əvvəl aparılmış üçn Pap yaxması və ya üç maye-əsaslı sitoloji müayinə normal olarsa, bu zaman müayinələr arasında interval aşağıdakı kimi uzadıla bilər:
- Pap yaxma bundan sonra hər 2-3 ildən bir aparıla bilər VƏ YA
- HPV testi ilə uşaqlıq boyunun sitoloji müayinəsi 3 ildən bir aparıla bilər.
- 70 yaşa çatmış və son 10 il ərzində üç və daha çox Pap yaxmaları normal olmuş qadınların uşaqlıq boyunu xərçənginə görə yoxlanması dayandırıla bilər.
- Total Histerektomiya olunmuş qadınların da uşaqlıq boyunu xərçənginə görə yoxlanması dayandırılır.
- Prostat vəzi xərçənginin əksər halları ilə bağlı, hətta müalicəsiz, proqnoz əlverişlidir. Lakin, bəzi hallarda prostat vəzi xərçəngi aqressiv olur.
- Prostat xərçəngi 50 yaşdan aşağı kişilərdə çox nadir hallarda təsadüf edir.
- Prostat vəzi xərçəngi olan kişilərin 60 yaşdan tez bu xəstəlikdən ölməsi çox az hallarda baş verir.
- ABŞ-da prostat vəzi xərçəngin səbəbindən ölüm hallarının 70%-i 75 yaşdan sonra baş verir.
- Yaşı 55-80 arası olan, "30 paçka-il" siqaret çəkmiş və hazırda da siqaret çəkən və ya son 15 il ərzində siqareti tərgitmiş xəstələr arasında ağciyər xərçənginə dair skrininq aşağı dozalı KT görüntüləməsi ilə ildə bir dəfə aparılması tövsiyə edilir.
- 15 ildən çox siqaret çəkməyi tərgitmiş xəstələrdə ağciyər xərçənginə görə skrininqin aparılması dayandırıla bilər.
- yaşı 40-dan yuxarı olan bütün asimptomatik kişi və qadınlarda aparılır. Lakin, maraqlıdır ki, 2004-cü ildə bu skrininq metodundan uyğun gələn əhalinin cəmi 22% istifadə etmişdir.
- 40 yaşından yuxarı olan bütün kişi və qadınlar mədə xərçənginə görə skrininqdən keçə bilər.
- Skrininq ya bariumla radioloji müayinə, ya da endoskopiya ilə aparıla bilər.
- Buna baxmayaraq, 2006-cı ildə uyğun gələn əhalinin yalnız 19% bu skrininq metodlarından faydalanmışdır.
|
|
ABŞ-ın Xərçəng Cəmiyyətinin tövsiyələri1 |
ABŞ-ın Preventiv Xidmətlər üzrə İşçi Qrupu3 |
SÜD VƏZİ XƏRÇƏNGİNƏ DAİR SKRİNİNQ |
|
Yaşı >20-dən yuxarı qadınlarda: Süd vəzinin xəstə tərəfindən müayinəsi |
|
|
|
Yaşı 20-30 olan qadınlarda: CBE every 3 yr |
|
|
|
Yaşı ≥40-dan yuxarı qadınlarda: Mammoqrafiya, hər il |
Yaşı ≥40-dan yuxarı qadınlarda: Mammoqrafiya, hər 1-2 ildən bir ± Həkim tərəfindən süd vəzinin müayinəsi |
|
|
|
|
UŞAQLIQ BOYUNU XƏRÇƏNGİNİN SKRİNİNQİ |
|
Yaşı ≥18-dən yuxarı olan qadınlarda: Pap-yaxması, hər il VƏ YA Maye-əsaslı sitoloji müayinə, 21 yaş tamam olduqda və ya ilk cinsi əlaqədən 2 il sonra.
|
Tövsiyələr: Cinsəl aktivliyi olan və uşaqlıq boyunu olan qadınlarda müvafiq skrininqin aparılması tövsiyə edilir. Uşaqlıq boyunu xərçənginə görə skrininqin başlanması üçün ən optimal yaş həddi müəyyən edilməyib. Əvvəllər Pap-yaxmaları normal olan yaşı 65-dən yuxarı olan və uşaqlıq boyunu xərçəngi riski yüksək olmayan qadınların uşaqlıq boyunu xərçənginə görə skrininqi tövsiyə edilmir. |
|
|
Yaşı ≥30-dan yuxarı plan və 3 ardıcıl Pap-yaxması testi normal olmuş qadınlarda: Pap-yaxması, hər il VƏ YA Maye-əsaslı sitoloji müayinə, hər 2-3 ildən bir VƏ YA Pap yaxması və ya hər 3 ildən bir maye-əsaslı sitoloji müayinə ilə HPV-nin təyini testi |
Xoşxassəli xəstəliyə görə total histerektomiya olunmuş qadınlarda Pap-yaxmaların aparılması tələb olunmur. |
|
|
Yaşı ≥70-dən yuxarı olan və son 10 il ərzində >3-dən çox Pap-yaxması normal olmuş və heç bir qeyri-normal Pap-yaxma nəticəsi olmayan qadınlarda: Skrininq dayandırıla bilər.
|
|
|
|
Total histerektomiya olunmuş qadınlarda: Skrininq dayandırıla bilər. |
|
|
|
|
|
YOĞUN BAĞIRSAQ XƏRÇƏNGİNİN SKRİNİNQİ |
|
Yaşı 50-dən yuxarı xəstələr: Nəcisdə gizli qanın təyini testi və ya Nəcisin immunhistokimyəvi testi, hər il VƏ YA Qatlanan siqmoidoskopiya, hər 5 ildən bir VƏ YA Nəcisdə gizli qanın təyini testi və ya Nəcisin immunhistokimyəvi testi, hər il ÜSTƏGƏL Qatlanan siqmoidoskopiya, hər 5 ildən bir VƏ YA Kolonoskopiya, hər 10 ildən bir VƏ YA İkili kontrastla Barium imaləsi, hər 5 ildən bir.
|
Yaşı 50-dən yuxarı xəstələr: Nəcisdə gizli qanın təyini testi və ya Nəcisin immunhistokimyəvi testi, hər il VƏ YA Qatlanan siqmoidoskopiya, hər 5 ildən bir VƏ YA Nəcisdə gizli qanın təyini testi və ya Nəcisin immunhistokimyəvi testi, hər il ÜSTƏGƏL Qatlanan siqmoidoskopiya, hər 5 ildən bir VƏ YA Kolonoskopiya, hər 10 ildən bir VƏ YA İkili kontrastla Barium imaləsi, hər 5 ildən bir.
|
|
|
|
|
ENDOMETRİAL XƏRÇƏNGİN SKRİNİNQİ |
|
Menopauzada olan qadınlarda: Endometrial xərçəng və onun əmələ gəlməsi riski və simptomları barədə xəstələrin məlumatlandırılması tövsiyə edilir, Qadınlara hər hansı qeyri-adi qanaxma halları barədə həkimə məlumat verilməsi tövsiyə edilməlidir. |
|
|
|
|
|
PROSTAT VƏZİ XƏRÇƏNGİNİN SKRİNİNQİ |
|
Yaşı >50-dən yuxarı kişilərdə: Qanda PSA təyini testi + Barmaqla Rektal Müayinənin hər il aparılması xəstələrə təklif oluna bilər. |
Yaşı 75-dən aşağı olan xəstələrin PSA təyini testi və ya Barmaqla Rektal Müayinə ilə skrininqinin faydasını təsdiq edən sübutlar olmadığı üçün, bu tövsiyə edilmir. |
|
|
|
|
XƏRÇƏNG XƏSTƏLİKLƏRİNƏ DAİR ÜMUMİ MÜAYİNƏ |
|
Xəstələrin ümumi müayinəsi aparılarkən, xərçəng xəstəliklərinin erkən müəyyən edilməsi üçün aşağıdakı orqanlarda fiziki müayinəsi də aparılmalıdır: qalxanabənzər vəz, xayalıqlar, limfa düyünləri, yumurtalıqlar, ağız boşluğu və dəri xərçəngi |
Ağciyər, ağız boşluğu və dəri xərçənginə dair skrininqin aparılmasının faydalı olduğunu təsdiq edən sübutlar yetərli deyildir. |
Aşağıdakı mövzularda xəstələrin maarifləndirilməsi də tələb olunur: tütün və tütün məmulatlarından istifadə, günəş şüasına məruz qalma, pəhriz və qidalanma, cinsi münasibətlər, ətraf mühit və peşə fəaliyyəti ilə bağlı təhlükələr. |
Asimptomatik xəstələrdə sidik kisəsi, yumurtalıqlar, mədəaltı vəzi və xayalığın xərçənginə dair skrininqin aparılması tövsiyə edilmir. |
|
|
- Smith RA, Cokkinides V, Eyre HJ. American Cancer Society guidelines for the early detection of cancer, 2006. CA Cancer J Clin. 2006, 56: 11-25. Available at http://caonline.amcancersoc.org/cgi/reprint/56/1/11 (accessed March 20, 2009)
- Jemal A, Siegel R, Ward E, et al: Cancer statistics 2008. CA Cancer J Clin. 2008, 58: 71-96.
- Agency for Healthcare Research and Quality. The Guide to Clinical Preventive Services, 2007: Recommendations of the U.S. Preventive Services Task Force. Available at http://www.ahrq.gov/clinic/pocketgd09/ (accessed March 20, 2009)
- U.S. Preventive Services Task Force. Screening for cervical cancer. January 2003. Available athttp://www.ahrq.gov/clinic/uspstf/uspscerv.htm(accessed March 20, 2009)
- American College of Obstetrics and Gynecology. ACOG practice bulletin. Cervical cytology screening. Number 45, August 2003. Int J Gynaecol Obstet. 2003, 83: (2): 237-247.
- American Urological Association. Prostate-specific antigen best practice policy. Oncology. 2000, 14: (2): 267-286.
- Prostate, Lung, Colorectal and Ovarian Cancer Screening Trial Project Team. The Prostate, Lung, Colorectal and Ovarian (PLCO) Cancer Screening Trial of the National Cancer Institute: History, organization, and status. for the Controlled Clinical Trials. 2000, 21: 251S-272S.