Boyun şişləri: fiziki müayinə, radioloji görüntüləmə və differensial diaqnostika.

GİRİŞ.

Boyunda ilk dəfə müəyyən edilən şişlər geniş yayılmış boyun və baş problemidir. Bu problem səbəbindən terapevtə müraciət edən xəstələrin sayı çox olur. Çox zaman boyunda olan şişlə heç bir yanaşı simptomlar müəyyən edilmir. Xəstələr sadəcə boyunlarını palpasiya etdikdə, üzlərini qırxdıqda və ya bəzən boyunlarını masaj etdikdə yeni törəmə hiss etdiklərini vurğulayır. Bəzən isə boyun şişləri xəstələrin yaxınları tərəfindən qeydə alınır. Boyun şişlərinin müayinəsi çox diqqətlə aparılmalıdır. Nəzərə almaq lazımdır ki, boyun şişi bəzən ciddi və potensial bədxassəli prosesin və ya patoloji ocağın yeganə əlaməti ola bilər. Boyun şişlərinin differensial diaqnostikası xəstənin yaşından asılı olaraq çox geniş olur. Xəstənin müayinəsində anamnez və fiziki müayinə xüsusi yer tutur. Anamnez və fiziki müayinəyə əsaslanaraq növbəti diaqnostik addımları alqoritmə uyğun olaraq atmaq mümkündür.

 

 

 

 

ANAMNEZ.

Xəstədən çox yaxşı toplanmış anamnez differensial diaqnostikanın daha dar çərçivədə aparılmasına yardımçı ola bilər.

 

Yaş. Xəstənin yaşı diaqnostik müayinə metodlarının seçilməsində xüsusi rol oynayır. Pediatrik boyun şişlərinin böyük əksəriyyəti ya anadangəlmə olur, ya da iltihabi proseslər səbəbindən əmələ gəlir. 16-40 yaşında olan xəstələrdə də əksər şişlər iltihabi və ya anadangəlmə olur. Lakin, qeyd etmək lazımdır ki, 16-40 yaş arası olan xəstələrdə bədxassəli şişlərin sayı artmağa başlayır. 40 yaşdan yuxarı olan xəstələrdə müşahidə edilən boyun şişləri bədxassəli və ya yüksək maliqnizasiya potensiallı şişlər kimi nəzərdən keçirilməlidir. Siqaret və ya alkoqoldan istifadə edən xəstələrdə boyun şişlərinin bədxassəli olma ehtimalını artırmış olur.

 

Şişin böyümə xüsusiyyəti. Diaqnozun qoyulmasında şişin mövcud olma müddəti, böyümə xüsusiyyəti, ağrının olub olmaması xüsusi əhəmiyyətə malikdir.

 

Simptomlar. Ağrı daha çox şişin böyümə sürəti və ətraf toxumalara genişlənməsi nəticəsində baş verir. Lakin, ağrı həmçinin bəzi bədxassəli şişlərdə sinirlərin bir başa invaziyası səbəbindən də yarana bilər. Məsələn, boyunda ağrıdan şikayətlənən və müayinədə fiksə olunmuş 2 sm ölçülü parotid vəzinin törəməsi olduğu müəyyən edilən xəstədə, şişin böyük ehtimalla bədxassəli olması düşünülməlidir. Səsin dəyişməsi, xırıltılı səs, disfaqiya və otalqiya əlamətləri tənəffüs yolları və ya yuxarı həzm sistemində olan şişin boyun limfa düyünlərinə metastazının baş verməsindən xəbər verə bilər.

 

Digər məqamlar. Orqanizmin digər orqan sistemlərinə baxış tam şəkildə aparılmalıdır. Xəstədə hərarət, gecə tərləmə və ya çəki itkisi kimi əlamətlərin olub olmadığı müəyyən edilməlidir. Sadalanmış simptomların müşahidə edilməsi limfoma ilə bağlı ola bilər. Digər tərəfdən, xəstədə yüksək hərarətin olması kəskin infeksiyadan xəbər verə bilər.

Xəstənin siqaret çəkməsi, spirtli içkilərdən istifadəsi, qeyri-qanuni narkotik preparatlardan istifadə (xüsusilə də, narkotiklərin venadaxili inyeksiyası) və HİV statusu da müəyyənləşdirilməlidir. Xəstənin peşəsi, iş yeri, kimyəvi və digər maddələrlə işləməsi, heyvanlarla işləməsi və həmçinin yaxınlarda etdiyi səfərlər barədə də geniş detallı məlumat əldə edilməlidir.

 

 

 

Cədvəl 1. Boyun şişlərinin etiologiyası.

 

A. İltihabi və infeksion xəstəliklər

 

B. Anadangəlmə sistlər

 

C. Xoşxassəli törəmələr

 

 

D. Bədxassəli/Maliqnant şişlər

 

Birincili

 

Metastatik

 

 

 

FİZİKİ MÜAYİNƏ.

Fiziki müayinə zamanı boyunun bütün anatomik sahələri müayinə edilməlidir. İlkin olaraq fokus boyun və başa yönəlsə belə, hər bir xəstədə fiziki müayinə tam olaraq aparılmalıdır. Fiziki müayinənin tam aparılması imkan verir ki, sistem xəstəliklər, o cümlədən, infeksion, iltihabi və bədxassəli xəstəliklər, nəzərdən qaçmasın.

 

Boyunun anatomiyası. Boyun xəstəliklərinin diaqnostikası və müalicəsi üçün boyunun anatomiyası ilə yaxından tanışlıq xüsusi əhəmiyyət kəsb edir. Boyun şişinin boyunda lokalizasiyası differensial diaqnostikanın fokuslu aparılmasına yardımçı olur. Ənənəvi olaraq, boyun mərkəzi və lateral sahələrə bölünür.

Şəkil. Boyunun limfa düyünlərinin lokalizasiyası.

 

 

Şişin lokalizasiyası. Şişin lokalizasiyası onun etiologiyasının müəyyən edilməsinə yardım edə bilər.

 

Şişin xüsusiyyətləri. Boyun şişlərinin palpasiyası fiziki müayinənin əsas hissəsini təşkil etməlidir. Palpasiya zamanı şişin lokalizasiyası, ölçüsü, forması, toxumanın xüsusiyyətləri, ağrılılığı və hərəkətliliyinə xüsusi diqqət yetirilməli və bunlar sənədləşdirilməlidir.

 

Ümumi müayinənin komponentləri. Ağız boşluğu və orofarinks çox geniş müayinə edilməlidir. Müayinədə ağızın selikli gişasına diqqət yetirilməli, damaqlar, ağızın aşağı və yuxarı divarları barmaqla palpasiya edilməli, dilin və boyunun palpasiyası aparılmalıdır. Qulaqların müayinəsində unilateral (birtərəfli) seroz eksudat müəyyən edilə bilər ki, bu da nazofarinqeal karsinomaya işarə ola bilər. Ağız boşluğu və orofarinqeal müayinədə heç bir patologiya müəyyən edilmədikdə, nazofarinqeal müayinə aparılmalıdır. Nazofarinqeal müayinə üçün xüsusi güzgülər və/və ya fibrooptik endoskop tələb olunur.

Şəkil. Boyunda irinli abses.

 

 

LABORATOR ANALİZLƏR — Boyun şişi səbəbindən toplanmış anamnez və aparılan fiziki müayinədən sonra reaktiv limfadenopatiya ümumən istisna edildikdə və ya başqa etiologiyalara şübhə olduqda, həmin xəstədə laborator müayinələr aparılır.   Təxminən 3 həftə və daha çox müddət ərzində mövcud olan yeni  yaranmış boyun şişi laborator testlər vasitəsilə də müayinə edilməlidir. Əgər şişin müxtəlif virus və ya bakteriyal infeksiya səbəbindən yaranmış reaktiv limfadenopatiya olduğu düşünülürsə, həmin xəstələrə ya antibiotik verilməli, ya da onlar bir müddət ərzində müşahidə edilməlidir. Həmin xəstələrdə 1-2 həftədən sonra təkrar müayinə aparılmalı və şişin keçib getməsi təsdiqlənməlidir. Əgər təkrar müayinədə şiş yerində qalıbsa və ya yaxşılaşma qeyd edilməyibsə, bu zaman davamlı  və fokuslu müayinə aparılmalıdır.

Ümumən, laborator analizlərin aparılması boyun şişinin differensial diaqnostikasından asılı olur. Əksər xəstələrdə aşağıdakı testlər aparılır:

 

Test nəticələrinin qeyri-normal olması davamlı müayinənin fokuslu aparılmasını tələb edir. Bəzi xəstələrdə test nəticələrindən asılı olaraq əlavə testlərin aparılmasına (məs., QÜA-də diqqət cəlb edən dəyişikliklər olduqda, sümük iliyinin biopsiyası) zərurət yarana bilər.

 

 

GÖRÜNTÜLƏMƏ/DİAQNOSTİK MÜAYİNƏLƏR.

Görüntüləmə şişlərin anatomik lokalizasiyasının detallarının, şişin xüsusiyyətlərinin, ətraf toxuma və orqanların cəlbinin, şişin vaskulyarizasiya səviyyəsinin və bölgədə ola bilən birincili bədxassəli şişlərin müəyyən edilməsinə yardımçı ola bilər. Boyun şişlərinin görüntüləməsi üçün USM, KT, MRT və PET/KT skanerləri istifadə edilə bilər. Kontrastla aparılan KT əksər xəstələrdə ilk tətbiq edilən görüntüləmə metodur.

USM ən az invaziv test hesab edilir. USM-nin üstünlüyü onun qeyri-invaziv olması, şişin real zaman çərçivəsində müayinəsinin aparılması və ətraf orqanlarla əlaqəsinin təyin edilməsinə yardım etməsidir. USM zamanı həm də şişin incə iynə aspirasiyası da aparıla bilər. USM-nin əlaverişsizliyi isə onun keyfiyyətli aparılması üçün təcrübəli mütəxəssisin olmasıdır.

KT və MRT görüntüləməsi də şişin anatomik lokalizasiyasını, onun ətraf orqanlarla əlaqəsini və metastatik xəstəliyi təyin etməyə imkan verir. Hər iki görüntüləmə növü anqioqrafik görüntülərin əldə edilməsinə imkan verir ki, bu vaskulyar şişlərin müəyyən edilməsinə kömək etmiş olur.

Yumşaq toxumaların daha detallı müayinəsi tələb olunduqda, MRT-nin aparılması daha cəlbedicidir. Məs., infiltrativ yumşaq toxuma şişləri, habelə şişin sinirətrafı yayılmasını qiymətləndirmək üçün və ya şişin mərkəzi sinir sistemi mənşəli olmasını müəyyən etmək tələb olunduqda, MRT-nin aparılması tövsiyə edilir.

PET\KT görüntüləməsi maliqnant (bədxassəli) şişlərin müayinəsində yardımçı ola bilər, lakin hazırda bu metodun boyun şişlərinin müayinəsində rolu digər metodlarla müqayisədə azdır.

 

 

Şəkil. Tiroqlossal axarın kistası. KT görüntüsü.                        Şəkil. Qəlsəmə yarığının kistası. KT görüntüsü.

 

 

Şəkil. Boyun vərəmi (skrofula) və regional limfadenopatiya. KT görüntüsü.

 

 

 

İNCƏ İYNƏ İLƏ ASPİRASİYA.

Boyun şişlərinin diaqnostikasında növbəti addım incə inyə aspirasiyasıdır. Aspirasiya üçün 23-25F iynə istifadə edilir. Əgər şişin palpasiyası çətindirsə və ya şişin spesifik bir hissəsindən biopsiyanın götürülməsi tələb olunursa, bu zaman incə iynə aspirasiyası USM və ya KT nəzarəti altında aparıla bilər.

Əldə olunmuş toxuma nümunəsinin patoloji müayinəsinin nəticələri əsasında şişin etiologiyasına dair mülahizələr sürmək olar:

 

 

Histo-patoloji mikroskopik müayinə ilə yanaşı incə iynə aspirasiyası ilə əldə olunmuş toxuma nümunələri ilə PZR testlərin aparılması da mümkündür. Məs., PZR (polimeraz zəncir reaksiyası) vasitəsilə EBV-nun mövcudluğu müəyyən edilə bilər ki, bu da nazofarinqeal karsinoma diaqnozunu təsdiq edə bilər. İynə aspirasiyasından əldə olunmuş nümunələrində HPV-nın (insan papilloma virusu) olub olmamaı da yoxlanıla bilər. HPV orofarinksin yasti hüceyrə kanserinin törədicilərindən biridir. HPV pozitiv olan xəstələr adətən gənc, siqaret çəkməyən və alkoqoldan istifadə etməyən şəxslər olur.

İynə aspirasiyasının əlverişsizliyi ondan ibarətdir ki, sitoloji müayinə üçün aspirasiya vasitəsilə yalnız maye halında olan toxuma nümunəsi əldə edilir. Bu mayenin müayinəsi toxumanın arxitekturasını, quruluşunu təyin etməyə imkan vermir. Həmçinin, aspiratın azlığı çox zaman immun-histo-kimyəvi analizlərin aparılmasına imkan vermir. Buna görə də, iynə aspirasiyası şişin diaqnostikasında ilkin addım kimi qəbul edilməlidir. Bir çox hallarda iynə aspirasiyası diaqnozun təsdiq edilməsi üçün kifayət etməyə bilər.

Şişlərin açıq biopsiyası heç də həmişə tələb olunmur və tövsiyə də edilmir. Açıq biopsiya nəticəsində şiş ətrafı iltihab prosesi baş verə və ətraf toxumaların şiş hüceyrələri ilə kontaminasiyası baş verə bilər. Bu isə planlaşdırılan cərrahi müdaxilənin aparılmasına çətinliklər yarada bilər.

Əgər incə iynə aspirasiyası ilə dəqiq diaqnozun əldə olunması mümkün olmayırsa, bu zaman iynə biopsiyasının aparılması tövsiyə edilir. İynə biopsiyası son illərdə daha geniş istifadə edilməyə başlayıb, çünki əldə olunan toxuma materialı daha dəqiq diaqnozun qoyulmasına imkan verir. İynə biopsiyası incə iynə aspirasiyası kimi perkutan yolla aparılır, lakin iynə biopsiyası üçün istifadə edilən iynə daha iri diametri olur - 16, 14 və ya 11F iynələr.

Digər tərəfdən əgər incə iynə aspirasiyası nəticəsində limfoma diaqnozu qoyulubsa, bu zaman spesifik toxuma tipinin müəyyən edilməsi üçün daha çox toxuma nümunəsinin əldə edilməsi zəruri hesab edilir. Bu hallarda açıq biopsiya mütləq tələb olunur. Açıq biopsiya zamanı limfa düyünü tam olaraq çıxarılır və patoloji, elektron mikroskopik, immun-histo-kimyəvi analizə göndərilir. Qeyd etmək lazımdır ki, limfomalar kimyəvi və ya şüa terapiyası və ya bu iki metodun kombinasiyası ilə müalicə olunur.

 

Şəkil. Açıq biopsiya yolu ilə əldə olunmuş limfa düyünü.

 

 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR.