Ağciyər xərçəngi (kanseri): müayinə, müalicə və proqnoz.

GİRİŞ.

Ağciyər xərçəngi dünyada ən çox yayılmış bədxassəli şişlərə aiddir. Hər il dünyada təxminən 1.600.000 yeni ağciyər xərçəngi qeydə alınır. 2008-ci ildə ağciyər xərçəngi 1.380.000 ölüm hallarına səbəb olmuşdur. Araşdırmalara görə son illərdə ağciyər xərçəngi hallarının sayı xeyli dərəcədə artmışdır. Son illər ərzində qadınlarda ağciyər xərçəngi hallarının sayı artmaqdadır.

Ağciyər xərçəngi və ya Bronxogenik Karsinoma terminləri tənəffüs yolları və ya ağciyər parenximasından törənən bədxassəli şişləri təsvir edir. Ağciyər xərçəngi hallarının 95% ya Kiçik-hüceyrəli Ağciyər xərçəngi, ya da Kiçik hüceyrəli olmayan Ağciyər xərçəngi kimi klassifikasiya edilir. Ağciyər xərçənginin bu növ klassifikasiya xərçəngin mərhələsinin, müalicə və proqnozunun təyin olunması baxımından vacibdir.

 Şəkil. Döş qəfəsinin bəsit rentgen şəkili. Ağciyər xərçəngi.

İLKİN QİYMƏTLƏNDİRMƏ.

Ağciyər xərçənginə şübhə olan xəstələrin müayinəsində diqqət ilk növbədə aşağıdakılara yönəldilməlidir:

Bu parametrlərin təyini xəstənin müayinə və müalicəsi üçün müvafiq yanaşmanın seçilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Xəstələrdə aparılan diaqnostik prosedurlar və xəstəliyin kliniki və patoloji mərhələsinin təyin edilməsi eyni vaxtda paralel düşünülməli və aparılmalıdır. Məsələn, KT görüntüləməsində 4 sm ölçüdə ağciyər törəməsi ilə yanaşı mediastinal limfadenopatiyası olan xəstədə mediastinal limfa düyünlərinin biopsiyası həm diaqnozu təyin edə bilər, həm də N2 (mərhələ IIIA) xəstəliyinin olduğunu təsdiqləyə bilər. Lakin, həmin xəstədə mediastinal limfa düyünlərinin biopsiyası əvəzində ilk növbədə və ya yalnız ağciyər törəməsinin iynə ilə transtorakal aspirasiyası aparılarsa, bunun əsasında diaqnozu qoyulsa da, xəstəliyin kliniki-patoloji mərhələsi müəyyən edilməmiş qalır. Bu halda transtorakal iynə aspirasiyası mediastinal limfa düyünlərinin prosesə cəlb olunduğunu müəyyən etməyə imkan vermir. Nəticədə ikinci diaqnostik prosedur tələb oluna bilər.

 

 

KİÇİK HÜCEYRƏLİ OLMAYAN AĞCİYƏR XƏRÇƏNGİ (KOHACX).

KHOACX-nin molekulyar patogenezinin daha yaxından anlaşılması, xəstəliyin heterogen xəstəliklər qrupuna aid olduğunu müəyyən etməyə imkan vermişdir. Lokal olan KHOacx-nin müalicəsinin ilkin mərhələsi eyni olsa da, törəmənin molekulyar xüsusiyyətlərinin müəyyən edilməsi, metastazı olan və ya təkrar qayıdan xəstəliyi olan pasiyentlərdə növbəti etapda müalicənin istiqamətlərini təyin etməyə imkan verir. Hazırda KHOACX-nin iki alttipi var ki, onların müalicəsi üçün xüsusi hədəfləyici terapiya inkişaf etdirilib. Bunlara epidermal böyümə faktorunun reseptoru (EGFR) və EML4-ALK birləşdirici onkogenində mutasiyaları olan törəmələr daxildir.

Müalicə.

Rezeksiyası mümkün olan KHOACX-nin cərrahi rezeksiyası xəstəliyin tam müalicəsi və ya xəstənin uzun müddət sağ qalmasına imkan verir. Xəstənin cərrahi rezeksiya baxımından yaxşı namizəd hesab edilməsi üçün aşağıdakıların aparılması və təhlili tələb olunur:

Ağciyər xərçəngi ola xəstələrdə cərrahi yolla "rezeksiyası mümkün olan" törəmə olsa da, bir sıra hallarda ağciyərlərin funksional imkanları çox aşağı olduqda və ya xəstədə yüksək riski olan yanaşı xəstəliklər olduqda, həmin xəstələrdə cərrahi əməliyyatın aparılması mümkünsüz sayılır.

 

Kiçik olmayan hüceyrəli ağciyər xərçənginin proqnozu.

TNM sistemi üzrə KOHACX-nin təsnifatı xəstəliyin proqnozunu təyin etməyə imkan verir və etibarlı hesab olunur. Xəstəlik nə qədər irəliləmiş və ya yayılmış olarsa, xəstənin sağ qalma müddəti bir o qədər az olur. Mərhələ İA xəstəliyi olanlarda orta sağ qalma müddəti 59 aydırsa, mərhələ İV xəstəliyi olanlarda bu müddət cəmisi 4 aya bərabər olur.

Bəzi aşağıdakı kliniki parametrlər də xəstəliyin proqnozuna təsir göstərə bilər:

Ağciyər xərçənginin histoloji altipinin - adenokarsinoma və ya yastı hüceyrə karsinoması - proqnoza təsiri araşdırmalarda müəyyən edilməmişdir. Lakin, bəzi araşdırmalardan məlum olmuşdur ki, xərçəng hüceyrələrinin daha az differensiasiya olunması pis proqnozla, daha yaxşı differensiasiya olunması isə daha yaxşı proqnozla bağlıdır.

Şəkil. Kiçik olmayan hüceyrəli ağciyər xərçəngi: kimyəvi və şüa terapiyasından əvvəl, terapiyadan 3 ay və nəhayət 14 ay sonra əldə olunmuş PET-KT görüntüsü.

 

Ağciyərdaxili limfa damarlarına invaziya daha pis proqnozla bağlıdır.

Epidermal böyümə faktoru reseptorunun mutasiyasını daşıyan ağciyər xərçəngi daha çox siqaret çəkməyənlərdə müşahidə edilir. Bu mutasiyanın daşıyıcısı olan törəmələrin tirozin kinazanın inhibitorları (erlotinib, qefitinib) ilə müalicəsi xəstələrin proqnozunu yaxşılaşdırmış olur.

Eyni ilə EML4-ALK onkogeni KOHACX-nin bəzi alttiplərində müəyyən edilir və anaplastik limfoma kinazasının inhibitoru olan crizotinibin istifadəsi nəticəsində xəstəliyin proqnozu yaxşılaşmış olur.

PET və PET-KT görüntüləməsi. Pozitron emission tomoqrafiyası və ya kompüter tomoqrafiyası ilə inteqrasiya olunmuş PET görüntüləməsi ağciyərin kiçik olmayan hüceyrəli törəməsinin lokalizasiyasını və ətraf orqanlara yayılmasını müəyyən etməklə, xəstəliyin patoloji mərhələsinin təyin edilməsinə yardım etmiş olur. İnteqrasiyalı PET-KT görüntüləməsi KHOACX-nin patoloji mərhələsinin təyin edilməsi baxımından təklikdə aparılan PET- görüntüləməsindən üstün hesab edilir.

Törəmənin metabolik aktivliyi onu təşkil edən hüceyrələr tərəfindən fluorodeksiqlyukozanın udulması əsasında müəyyən edilir. Bu məqsədlə standartizasiya olunmuş udma əmsalı (SUV - standardized uptake value) istfadə edilir. Kliniki tədqiqatlar göstərmişdir ki, yüksək SUV və ya fluorodeoksiglyukozanın udulması baxımından yüksək udma əmsalına malik olan törəmələrdə kliniki proqnoz daha pis olur.

Radikal rezeksiyadan sonra törəmənin lokal residivi. KHOACX-nə görə tam rezeksiya olunmuş xəstələrdə xərçəngin lokal residivi baş verə bilər və ya onlarda metastatik xəstəlik inkişaf edə bilər. Xəstəliyin lokal residivi müəyyən olunan xəstələrin sağ qalma (yaşam) müddəti bir sıra faktorlardan asılıdır. Kiçik hüceyrəli olmayan ağciyər xərçənginə görə radikal rezeksiyası və adyuvant terapiyası aparılmış 1073 xəstənin müşahidəsi nəticəsində 41%-də törəmənin təkrar qayıdışı qeydə alınmışdır. Sişin təkrar qayıdışının orta müddəti təxminən 11.5 ay olmuşdur. Törəmənin təkrar residivi qeydə alınmış xəstələrin orta sağ qalması müddəti təxminən 8 aya bərabər olmuşdur.

 

KİÇİK HÜCEYRƏLİ AĞCİYƏR XƏRÇƏNGİ.

Müalicə. KHACX olan əksər xəstənin müayinəsi zamanı xəstəlik artıq yayılmış olur. Bu xəstəliyin ilkin müalicəsinin əsas hissəsini sistemli kimyəvi terapiya təşkil edir.

Proqnoz. Ağciyər xərçəngi olan xəstələrdə xəstəliyin patoloji mərhələsi proqnoza təsir edir. KHACX olan xəstələrdə xəstəliyin patoloji mərhələsi sağ qalmanı təxmin edən ən mühüm faktordur. Məhdud xəstəliyi olanların orta sağ qalma müddəti 15-20 ay; geniş yayılmış xəstəliyi olanlarda isə orta sağ qalma müddəti 8-13 ay olur. Geniş yayılmış xəstəliyi olanlarda 5-illik sağ qalma müddəti 10-13 ay.

 

MÜALİCƏNİN YAN TƏSİRLƏRİ.

Ağciyər xərçənginin müalicəsi və ya paliasiyası məqsədilə bir sıra metod və yanaşmanın müştərək tətbiqi geniş istifadə edilir və bura cərrahi rezeksiya, şüa terapiyası, sitotoksik preparatlarla sistemli terapiya və molekulyar müstəvidə hədəflənmiş preparatlar daxildir. Sistemli terapiyanın yan təsirləri xüsusi diqqətə layiqdir, çünki onlar xəstənin həyat keyfiyyətinə müalicə zamanı və müalicə bitdikdən sonra xeyli mənfi təsir göstərir. Müxtəlif preparatların istifadəsindən asılı olaraq, aşağıdakı toksikliklər müşahidə edilə bilər.

 

ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR.