Xəstəxana və müəssisələr üçün

Contents[Hide]

UpToDateİnMedicine® həkimlər tərəfindən həkimlər və digər tibb işçiləri üçün yaradılmış və dinamik inkişaf etdirilən kliniki məlumat mənbəyidir. UptodateİnMedicine-də toplanan materiallar ən son kliniki məlumatlara, qabaqcıl tibbi cəmiyyətlərin təlimatları, kliniki tədqiqatların nəticələrinə əsaslanır. UptodateİnMedicine-də təqdim edilən məlumat həkimlər və digər səhiyyə işçiləri tərəfindən praktikalarında yaranan əksər suallara cavab əldə etməyə imkan yaradır.

Gündəlik yenilənən kontent UptodateİnMedicine-in elmi redaksiyası tərəfindən izlənilən yüzlərlə aparıcı tibbi jurnal və elektron kitabxanaların monitorinqi və araşdırılması nəticəsində əldə edilir. Hər bir məqalə, hər bir tövsiyə kliniki təcrübəyə və elmi əsaslarla təmin edilir, sonuncu tədqiqatlara arxalanır. Hər bir yenilik araşdırıldıqdan sonra mövcud olan materiala inteqrasiya edilir və ya köklü dəyişiklik olduqda isə əvvəlki material tamamilə əvəzlənir. Mübahisəli hallarda həkimlərə müxtəlif tədqiqatların nəticələri, kliniki təcrübədən nümunələr və elmi cəmiyyətlərin verdiyi tövsiyə və təlimatlar sintez olunmuş tərzdə təqdim edilir.

1. UptodateİnMedicine-dən kim istifadə edir?

UptodateİnMedicine xəstəxanalar, tibb universiteti, tibb məktəbləri,  rezidentlər, tələbələr, tibb bacıları, farmaseptlər, tədqiqatçılar, müəllimlər və digər tibbi işçiləri tərəfindən istifadə edilir.